Moskvada 38 yaşlı şair Vasili Borodin özünü öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu haqda özünün “Facebook” səhifəsində şairə Anastasiya Zelenova məlumat yayıb.
Borodinin meyiti Lefortovodakı evinin pəncərəsi altında aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin yayında intihardan əvvəl yazılan məktubu da tapıblar.
Məlumata görə, yaxınlarda Vasili Borodinin atası koronavirusdan vəfat edib və şair bu itkini çox ağır yaşayıb.