Ata və oğul dənizdə BATDI  - YENİLƏNİB
05 iyul 2021 21:28 (UTC +04:00)

Ata və oğul dənizdə BATDI - YENİLƏNİB

Bu gün axşam saat 18:15-də Neftçalanın Şirvanlı kəndi ərazisində dənizdə boğulan şəxslərin rayon sakinləri - 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu olduğu müəyyən edilib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Məmməd Bədəlovun 2010-cu il təvəllüdlü digər oğlu xilas edilib. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Şükür Mənəfovun axtarışları davam edir.

***

19:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Oxşar yazılar