Ata və oğlunun meyiti  kanalizasiya quyusundan tapıldı
23 avqust 2023 14:49 (UTC +04:00)

Ata və oğlunun meyiti kanalizasiya quyusundan tapıldı

0

Voronej vilayətinin Çulok kəndində iki nəfərin meyiti suvarılan gölməçənin bəndindəki kanalizasiya quyusundan aşkar edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisənin ötən gecə baş verdiyi bildirilir.

Məlumata görə, 1976-cı il təvəllüdlü ata və 2004-cü il təvəllüdlü oğlunun meyitlərində zorakılıq əlamətləri olmayıb. Bildirilir ki, kanalizasiyanın bu hissəsində ventilyasiya sistemi yaxşı işləmədiyi üçün ölənlərin toplanmış qazdan zəhərləndiyi iddia edilir.

Hazırda ölənlərin cəsədləri ekspertizadan keçirilir. Onların kanalizasiya bölməsinə hansı səbəbdən düşdüyü hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2377

Oxşar yazılar