Ata-ana və 3 uşaq  qazdan zəhərlənib öldü
05 mart 2024 15:52 (UTC +04:00)

Ata-ana və 3 uşaq qazdan zəhərlənib öldü

Rusiyanın Rostov vilayətində ər-arvad və üç uşağın meyitləri aşkar edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kamensk-Şaxtinskidə baş verib.

Məlumata görə, ailə qaz sızması səbəbindən ölüb. Mənzildə 31 yaşlı kişi, 27 yaşlı qadın, eləcə də beş, yeddi və doqquz yaşlı üç uşağın meyitləri tapılıb. Onların bədənlərində məişət qazından zəhərlənmə əlamətləri aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb.

# 3078
avatar

Oxşar yazılar