Ata  2 aylıq   uşağı  DONDURUCUYA  qoydu
12 yanvar 2022 11:50 (UTC +04:00)

Ata 2 aylıq uşağı DONDURUCUYA qoydu

Yaponiyada dəhşətli hadisə baş verib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ata 2 aylıq körpəsini soyuducunun buzluğuna qoyub. 

Tatsuji Nishioka uşağını xəstəxanaya aparanda həkim uşağın sol bud sümüyü və qabırğasının qırıldığını görüb və dərhal polisə şikayət edib. 

Polis şübhəlinin evində axtarış aparanda 2 aylıq körpənin dondurucuya qoyulduğu anların şəkil və videoları tapılıb. Amma Nishioka uşağa zorakılıq göstərdiyini inkar edib. O, məhkəmədə deyib: “Oğlum çox sevimlidir və biz onunla oyun oynayırdıq”.

Hadisə ilə bağlı araşdırma başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5670
avatar

Sevinc Fərid

Oxşar yazılar