Xəbər verildiyi kimi avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 71 yaşlı Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı, 36 yaşlı Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
1 avqust, saat 14:02
Astarada atasını öldürən oğul saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
***
12:00
Avqustun 1-də saat 10 radələrində Astara rayonu, Çürkəş kəndində evlərin birində 71 yaşlı Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 46 yaşlı Rəşad hadisə yerindən uzaqlaşıb.
Onun tutulması istiqamətində tədbirlər görülür.