Aşıq Namiq Fərhadoğlu (Hüseynov) polisdə ifadə verib.
Bu barədə Lent.az-a Namiq Hüseynov özü bildirib.
O qeyd edib ki, məlum məsələ ilə bağlı polis bölməsinə dəvət olunub və orada ifadə verib: “İfadəmdə baş verənlərin mənə qarşı şər və böhtan olduğunu bildirdim. Təbii ki, barəmdə irəli sürülən ittihamları qəbul etmirəm”.
***
saat 12:25
Aşıq Namiqin seksual hərəkətlər etdiyi iddia olunan qadının şikayətinə baxılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. O bildirib ki, hazırda araşdırmalar davam edir:
“İyulun 15-də, 1990-cı il təvəllüdlü bir xanım, Mirəli Qaşqay küçəsində “Köklə sazı” adlı ofisdə aşıq sənəti ilə məşğul olan Namiq Fərhad oğlu Hüseynovun ona qarşı seksual hərəkətlər etdiyini və döydüyünü DİN-in 102 xidmətinə zəng edərək bildirib. Həmin müraciət baxılması üçün ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilib. N.Hüseynovun və şikayətçi qadın bölməyə dəvət olunublar. Hazırda araşdırmalar davam etdirilir”.