Çinli blogger Syuçjou əyalətinin bir kəndindəki bir evin yaxınlığında torpaq döşəməli tövləyə oxşar yerdə boynunda dəmir zəncir olan 40 yaşlı Syaouamey adlı qadının yaşadığını aşkar edib. O, çaşmış və əqli cəhətdən bacarıqsız görünürmuş.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bloggerin sözlərinə görə, o, ərindən səkkiz uşaq dünyaya gətirib və insan alverinin qurbanı olub.
Qadın arvadını cismani zövqlər , eləcə də övlad dünyaya gətirmək üçün istifadə edən ərinin əsiri olub. Bütün bunlara baxmayaraq, yerli hakimiyyət orqanları insan alveri ilə bağlı iddiaları təkzib edib və cütlüyün qanuni nikah şəhadətnaməsi olduğunu iddia ediblər. İctimaiyyətə açıqlama verildikdən sonra iş üzrə cinayət təqibi başlayıb.
İstintaq zamanı məlum olub ki, Syaouamey gənc yaşlarında doğma Yunan əyalətindən qaçırılaraq külli miqdarda pul qarşılığında fermerə satılıb. Bir neçə satışdan sonra gələcək ərinə çatıb. Üçüncü övladı dünyaya gəldikdən sonra onun şizofreniya xəstəliyi daha da pisləşib və Donq Çjimin onu evindən tapıldığı yerə köçürüb və orada bağlı saxlayıb.
Nəticədə, Donq arvadına işgəncə vermək, zorakılıq etmək və əsirlikdə saxlamaqda təqsirkar bilinərək 9 il həbs cəzasına məhkum edilib. Kənddən çıxarılan qadın hazırda tibb müəssisəsində müalicə olunur.