“Araz Supermarket” məhkəməyə verildi -  SƏBƏB
16 iyul 2021 10:41 (UTC +04:00)

“Araz Supermarket” məhkəməyə verildi - SƏBƏB

“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

Lent.az-ın məlumatına görə, MMC-nin gömrük qaydalarını pozması qeydə alınıb. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə ) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Həmin protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin icraatına verilib.

Həmin maddə ilə “Araz Supermarket”i 1500 manat inzibati cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6900
avatar

Mehman Nəbiyev

Oxşar yazılar