Ana yeniyetmə qızını azərbaycanlı idmançıya   satdı - ZORLAMA İDDİASI
11 aprel 2025 16:10 (UTC +04:00)

Ana yeniyetmə qızını azərbaycanlı idmançıya satdı - ZORLAMA İDDİASI

Rusiyanın Primorski diyarında azərbaycanlı idmançı yeniyetmə qızı zorlamaqda ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Naxodka şəhərində baş verib. Qeyd olunub ki, ana azyaşlı qızı ilə cinsi əlaqəyə girmək üçün məşqçidən yarım milyon pul alıb.

Məlumata görə, Primoryedə tanınmış idmançı Turan Şahverdiyev 8 Martı dostlarının əhatəsində qeyd edib. Orada 17 yaşlı bir qız da olub. Daha sonra Şahverdiyev onu zorlamaqda ittiham olunub.

Bacısı bildirib ki, Şahverdiyev qızı iki dəfə zorlayıb. Lakin məlum olub ki, hadisədən sonra anası Şahverdiyevlə danışaraq cinayət işinin açılmaması üçün yarım milyon pul tələb edib. Söhbətin səs yazısı polisə təqdim edilib.

Faktla bağlı istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444

Oxşar yazılar