Hindistanın Carakhand ştatının sakini öz həyatı bahasına qızını zəhərli ilandan xilas edib və onun sancmasından ölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Sarita Devi iki yaşlı qızı ilə birlikdə Nalkari çayına çimməyə gedib. Çayın sahilində ana övladına doğru sürətlə sürünən bir ilan görüb. Çaydakı digər çimənlər nə baş verdiyini anlamadan Devi ilanın qızına çatmaması üçün onun üstünə cumub.
O, qızını xilas edə bilsə də, ilan onu üç dəfə sancıb. Hindistanlı qadın Rançidəki xəstəxanaya aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, qadın dünyasını dəyişib.
Qadınla vida mərasimi elə Nalkari sahilində keçirilib.