Sumqayıtda ana 6 aylıq körpəsindən imtina edib.
Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Günel Novruzova 6 aylıq oğlunu nənəsinin yaşadığı ünvana gətirərək orada qapının ağzında qoyaraq qaçıb. Uşağın nənəsi Rəbiyyə Novruzova bildirib ki, qızı illərdir evdən çıxıb və bir daha geri qayıtmayıb. R. Novruzova körpəyə baxmaq imkanı olmadığına görə onu aidiyyəti qurumlara təhvil verib.
6 aylıq körpə oğlan uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının həkimləri tərəfindən Sumqayıt şəhər Uşaq xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya bildirilib ki, 7 kiloqram çəkisi olan oğlan uşağı bütün müayinələrdən keçirilib, sağlamdir: "Vəziyyəti yaxşıdır və həkim nəzarətindədir".
Faktla bağlı araşdırma aparılır.