Ali Məhkəmənin adından DƏLƏDUZLUQ
02 noyabr 2023 12:09 (UTC +04:00)

Ali Məhkəmənin adından DƏLƏDUZLUQ

Ali Məhkəmənin Baş Prokurorluğa müraciəti əsasında dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən 4 nəfər barəsində cinayət işi başlanıb.

Ali Məhkəmədən Lent.az-a verilən məlumata görə, həmin şəxslər Ali Məhkəmədə zərərçəkmişlərin tərəf olduğu işləri onların xeyrinə həll edəcəklərini vəd edərək, müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Ali Məhkəmədən bildirilib ki, bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq.

Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3308

Oxşar yazılar

Kartlardan 10 min  manatdan çox pul oğurlandı

Kartlardan 10 min manatdan çox pul oğurlandı

28 aprel 2025 , 10:35
Göyçayda FACİƏ:  48 yaşlı kişi özünü zirzəmidə asdı

Göyçayda FACİƏ: 48 yaşlı kişi özünü zirzəmidə asdı

28 aprel 2025 , 10:08
Bakıda maşın idman zalına girdi,  ölən var

Bakıda maşın idman zalına girdi, ölən var

28 aprel 2025 , 09:23
Sumqayıtda 50 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 50 yaşlı kişinin meyiti tapıldı

27 aprel 2025 , 23:16
Şirvanda 7 yaşlı uşaq öldü – şok səbəb

Şirvanda 7 yaşlı uşaq öldü – şok səbəb

27 aprel 2025 , 21:22
Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

27 aprel 2025 , 19:06
Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO

Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO

27 aprel 2025 , 17:15
Gəncədə 23 yaşlı oğlan bıçaqlandı

Gəncədə 23 yaşlı oğlan bıçaqlandı

27 aprel 2025 , 16:36