Ağsu dağlarındakı yanğın söndürüldü - VİDEO
09 avqust 2021 10:12 (UTC +04:00)

Ağsu dağlarındakı yanğın söndürüldü - VİDEO

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

Ümumilikdə 300 hektar ərazidə baş vermis yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ağsu dağlarındakı yanğın söndürüldü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Mehman Nəbiyev

Oxşar yazılar