Ağsu dağlarında yanğın söndürüldü
23 avqust 2023 10:18 (UTC +04:00)

Ağsu dağlarında yanğın söndürüldü

0

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1584

Oxşar yazılar