Ağstafada üç hərbçi  dəm qazından zəhərləndi - YENİLƏNİB
05 fevral 2025 11:10 (UTC +04:00)

Ağstafada üç hərbçi dəm qazından zəhərləndi - YENİLƏNİB

Ağstafada zəhərlənən hərbçilərin adları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, zəhərlənənlər Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü R.Hacızadə, Cəlilabad rayon sakini  2002-ci il təvəllüdlü R.Əliyev və Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü S.Abdullazadədir.

Məlumata görə hər üç şəxs  kirayə qaldığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09:58

Ağstafada dəm qazından zəhərlənən 3 nəfərin hərbçi olduğu məlum olub.

Lent.az xəbər verir ki, bu barədə unikal.az məlumat yayıb.

***

08:50

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində qeydə alınıb.

Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar