Bakıda evdən meyit tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Ağstafa rayon sakini 53 yaşlı Etibar Qurbanovun üzərində zorakılıq əlamətləri olmayan meyiti kirayədə yaşadığı evdə aşkar edilib. Ölümün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırılma aparılır.