Tərtərdə mal otaran sakin MİNAYA DÜŞDÜ  - YENİLƏNİB
30 may 2025 21:18 (UTC +04:00)

Tərtərdə mal otaran sakin MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Tərtər rayonunda mina hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində mina hadisəsi baş verib.

Yuxarı Qaradağlı kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. 

Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

19:35

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Belə ki, Tərtər rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xətti hesab olunan ərazilərdə mal - qara oturarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Minaya düşən şəxs hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642

Oxşar yazılar