Ağdamın işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş-2021" adı altında əməliyyat tədbirləri keçirib. Nəticədə rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.