Ağcabədidə avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Hüseynov Tahir Xanlar oğlu idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə piyada Cəfərov Şahin Seyid oğlunu vurub. Daha sonra yol kənarında dayanan "VAz-2106" markalı avtomobilə çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.