Abşeronda yol polisi qəzaya düşdü: Yaralanan var - FOTO
08 yanvar 2023 18:18 (UTC +04:00)

Abşeronda yol polisi qəzaya düşdü: Yaralanan var - FOTO

Abşeronda yol polisi avtomobili qəzaya düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislər Universitetinin qarşısında qeydə alınıb. 

 Abşeron rayon Dövlət Yol Polis Şöbəsinə məxsus avtomobil idarəetməni itirərək əvvəlcə "Ford" markalı maşına çırpılıb. Sonra “Ford” eyni istiqamətdə olan “BMW” markalı maşına dəyib. İdarəetmədən çıxan yol polisi avtomobili isə işıq dirəyinə dəyərək dayanıb.

Qəza nəticəsində “BMW” markalı maşında olan qadın sərnişin yüngül xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Oxşar yazılar