Abşeronda yaşayış evində qadın meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb.
64 yaşlı Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.