Abşeronda evlərdən oğurluq edən tutuldu
24 avqust 2023 16:51 (UTC +04:00)

Abşeronda evlərdən oğurluq edən tutuldu

0

Abşeronda evlərdən silsilə oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən elektrik avadanlığı, naqil, qaz balonu, təmir-tikinti alətləri, samovar və işıqlandırma avadanlığı oğurlanıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəsirli müəyyən olunaraq saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1676

Oxşar yazılar