Zerrin Özər 26 saat evli qalıb boşandığı əri ilə barışdı
22 fevral 2020 11:28 (UTC +04:00)

Zerrin Özər 26 saat evli qalıb boşandığı əri ilə barışdı

Türkiyəli müğənni Zerrin Özər cəmi 26 saat evli qalıb daha sonra boşandığı Murad Akıcı ilə görüşməyə davam etdiyini açıqlayıb.

Sənətçi barışmağına isə belə aydınlıq gətirib:

“Murad mənim üçün çox qiymətlidir. Sevgimiz qarşılıqlı davam edir. Arada görüşüb, telefonla danışırıq. Münasibətimiz bitməyib. Üçüncü şəxslərin mənə aiddiyyəti yoxdur. Ona çox dəyər verirəm. Son iki ilimin ən xoşbəxt günlərini və saatlarını Muradla keçirmişəm. Buna görə də hələ də görüşürəm”.

Qeyd edək ki, cütlüyün toyunun sabahında Murad Akıcının onlarla qadını aldatdığı ortaya çıxmışdı.

(Axşam.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Oxşar yazılar