Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb
04 mart 2020 20:08 (UTC +04:00)

Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb


Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna parlamenti bu gün Baş Nazir Aleksey Qonçarukun istefa ərizəsini qəbul edib. 

Qanuna görə, Baş Nazirin istefasından sonra bütün kabinet istefa verməlidir. Hökumət yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirəcək. 

Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini martın 3-də Ali Radaya göndərib.

Mirmehdi Ağaoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar