Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqinə gələn jurnalistlərin koronovirus təhlükəsi ilə əlaqədar hərarəti ölçülür.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, KİV nümayəndələrinin hərarətini tibb işçiləri teplovizorla ölçürlər.
Rusiya XİN-in mətbuat konfransı keçirilən korpusunun girişində Təcili Tibbi Yardım briqadası növbə çəkir.