Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.-az-a verilən məlumata görə, fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən, Bakı şəhər sakini Yeganə Hüseynova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılıb.