Yolu keçmək istəyən piyadanı maşın vurdu
09 mart 2020 09:00 (UTC +04:00)

Yolu keçmək istəyən piyadanı maşın vurdu

0


 

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə  Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb. 

1989-cu il təvəllüdlü Mirzəyev Rəşad Məsim oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 982

Oxşar yazılar