Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Lent.az-a verilən məlumata görə, astronomlar onun Yer ilə toqquşmasını istisna etmir.
52768 (1998 OR2) nömrəli asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.
NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.
Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.