Abşeron rayonunda qadının evindən oğurluq edilib.
Lent.az-ın məlumatına görə, bu barədə rayonun Atyalı massivində fərdi evdə yaşayan Ələkbərova Südabə Musarza qızı DİN-nin “102 qaynar xətti”nə və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə ərizə ilə müraciət edib. O, müraciətində fevralın 29-dan martın 5-dək naməlum şəxslərin evindən məişət əşyaları və nağd pulunu oğurladığını bildirib.
Aparılan araşdırma zamanı hadisənin Türkmənistan vətəndaşı, Qazaxda müvəqqəti qeydiyyatda olan 41 yaşlı Musayev Emil Valeh oğlu və Kürdəmir rayon sakini 24 yaşlı Məmmədov Müzəffər Rövşən oğlunun törətdiyi müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə cinayət işi başlanıb. Adları çəkilən hər iki şəxs aprelin 8-də tutulub.