Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusla bağlı vəziyyəti qiymətləndirmək üçün İrana səfər edəcəklər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus fevralın 19-dan 26-na kimi Çində səfərdə olan təşkilatın nümayəndələri ilə görüşdə bildirib.
O qeyd edib ki, səfərin bu həftənin sonunda reallaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 139-a çatıb, 19 nəfər ölüb.