Türkiyə fevralın 27-də İdlibdə 33 hərçisinin şəhid edilməsindən sonra Bahar qalxanı əməliyyatına başlayıb.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.
H. Akar ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 1 pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib: “İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur. Niyyətimiz Suriya rejiminin qətliamına son qoyulması və qaçqın axınının qarşısının alınmasıdır”.