Süleyman Soylu Türkiyə üçün hazırlanan terrordan danışdı
05 mart 2020 03:52 (UTC +04:00)

Süleyman Soylu Türkiyə üçün hazırlanan terrordan danışdı


 

 

“Suriyadan Şimalı İraqa qədər olan ərazidə terror univeristetləri, akademiyaları səviyyəsində təlim mərkəzləri fəaliyyət göstərir. Məsələn, pilotsuz, havadan necə bomba atılır, bu öyrədilir. Bütün bunlar Türkiyə üçün təhlükədir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Daxili işlər naziri Süleyman Soylu CNN-Türk televiziyasının “Tərəfsiz bölgə” proqramına müsahibə verərkən bu fikirləri bildirib. 

Nazirin “Türkiyənin Suriyada nə işi var” sualına cavabı belə olub: “Əgər Türkiyə Suriyada mübarizəsindən əl çəkərsə, bu, bölgədə terror dəhlizinini yaranmasına, Türkiyə üçün böyük təhlükələrə  yol açar. İdlibdən Türkiyəyə  doğru köçlə bərabər terror da gəlir.  Suriyanın içərisində Türkiyə üçün yeni terror texnologiyaları, terror təzyiqləri yaradılır. Yəni Türkiyənin böyük şəhərlərini  bir anda partladıb, 100 minlərcə insanı məhv edə biləcək hazırlıqlar görülür. Biz bu gün üç ton yarımlıq partlayıcı maddə aşkarladıq və bu cür araşdırmalarımız davam edir. Bu terror hazırlıqlarında PKK-nın da, İŞİD-in də iştirakı var.  Biz indiyədək minlərcə partlayış hadisəsinin qarşısını almışıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar