Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 22 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun "dördyol" adlanan hissəsində qeydə alınıb.
"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.