Ucar sakini zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ramal kəndində baş verib. Kənd sakini, 40 yaşlı Ramilə Oqtay qızı Hüseynova sirkə turşusu içib. Təcili xəstəxanaya çatdırılan R. Hüseynova orada ölüb.
Faktla bağlı araşdırmaya başlanılıb.