SOCAR-ın Bakının Xətai rayonunda yerləşən idarəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın dövlət şirkətinə məxsus “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin ərazisində baş verib. Kəsilməkdə olan tutumu 27 m³ çənin içərisində bitum qalıqları yanıb. Yaxınlıqdakı tikililər və qurğular yanğından mühafizə olunub.
Yanğın söndürülüb.