Rəşid Behbudov küçəsində binanın damında son bir ayda ikinci yanğın baş verib - FOTO
06 mart 2020 04:09 (UTC +04:00)

Rəşid Behbudov küçəsində binanın damında son bir ayda ikinci yanğın baş verib - FOTO

0

 

Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında növbəti dəfə yanğın baş verib.

APA xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının binada yaşayan ruhi-əsəb xəstəsi tərəfindən törədildiyi deyilir.

Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb.

Xatırladaq ki, bu, sözügedən binada qeydə alınmış ilk yanğın deyil, bundan əvvəlki yanğın fevral ayının 20-də qeydə alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1043

Oxşar yazılar