Rəqqasənin oynamağı başına bəla oldu: Həbs edildi - FOTO
05 mart 2020 09:09 (UTC +04:00)

Rəqqasənin oynamağı başına bəla oldu: Həbs edildi - FOTO

Türkiyənin İzmir məhkəməsi açıq-saçıq geyimdə oynayan rəqqasə barədə qərar verib.

Lent.az bu ölkənin mediasına istinadən xəbər verir ki, İzmirin Menderes qəsəbə məhkəməsi rəqqasə G.K.ya “həyasız hərəkətlər etmək” iddiası ilə 10 ay həbs cəzası verilməsi barədə hökm çıxarıb. Dünən baş tutan məhkəmə iclasında oğlunun sünnət toyuna rəqqasəni dəvət edən valideynlər, uşağın əmisi və 3 rəqqasə iştirak edib. Ailə, İş və Sosial Xidmətlər Nazirliyinin vəkili həmin şəxslərin hər birinin cəzalandırılmasını istəyib.

Hakimin qərarına əsasən, ailə üzvləri və 2 rəqqasəyə bəraət hökmü verilsə də, digər rəqqasəyə 10 ay həbs cəzası təyin olunub.

Qeyd edək ki, ötən il avqustun 31-də təşkil edilən sünnət toyunda rəqqasənin oynamağı sosial mediada müzakirə olunmuşdu. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra hüquq-mühafizə orqanalrı hərəkətə keçmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2420
avatar

Mehman Nəbiyev

Oxşar yazılar