Qax rayonunda mal-qara oğrusu yaxalandı
07 mart 2020 18:50 (UTC +04:00)

Qax rayonunda mal-qara oğrusu yaxalandı

0

 

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini olan bir nəfər ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən altı baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildiriblər ki, daxil olmuş müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev yaxalanıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1473

Oxşar yazılar