Lənkəranda qadına qarşı quldurluq edilib.
Lent.az Daxili İşlər Nazirliynin mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxslər fevralın 20-də, saat 3 radələrində rayonun Separadi kənd sakini D.İbadovanın evində onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu alıb. Bu barədə zərərçəkmiş rayon Polis Şöbəsinə müraciət edib.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsi və Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.