Gəncədə 29 yaşlı qadın dərmandan zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H.Araslı küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Məmmədova Gülgün Rza qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.