Bakının Nərimanov rayonunda oğurluq edən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, ötən il avqustun 31-də rayon ərazisində Q.Məmmədovaya məxsus velosipedi oğurlayan şəxsin kimliyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunmuş Astara rayon sakini 26 yaşlı Q.Rzayev saxlanılıb.