Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər.
Lent.az-ın məlumatına görə, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər. Nəticədə 37 yaşlı Salyan rayon sakini E.Qasımovdan 850 qram heroin, 555 qram qurudulmuş marixuana, 800 ədəd metadon həbi və elektron tərəzi aşkar olunaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbiri Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 18-ci Polis Şöbəsi ilə birgə baş tutub.
Nəticədə 25 yaşlı Tovuz rayon sakini B.Hüseynovdan 0.647 qram, Yevlax rayon sakinləri 38 yaşlı R.İsayevdən 104.758 qram və B.Eyvazovdan 0.201 qram heroin aşkar edilib.