Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, baş verən avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub:
"Qəza nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Hazırda yaralılara lazımi tibbi yardım göstərilir".