Ermənistan Baş Naziri Nikol Paşinyanın mühafizə xidmətinin əməkdaşı yüksək bədən temperaturu ilə təcili olaraq İrəvan infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “timer.ge” məlumat yayıb.
N. Paşinyanın mühafizəçisində koronavirusun simptomları müşahidə edilib.
Qeyd edək ki, Paşinyan iki günlük səfərdən sonra bu gün Ermənistana qayıdıb. Onu hava limanından Gürcüstanın baş naziri Giorgi Qaxariya yola salıb.