Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2019-cu il ərzində 630 halda 789 nəfər sərhəd pozucusu saxlanılıb.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.
Sənədə əsasən, saxlanılan sərhəd pozucularının 18,3 faizi (144 nəfəri) qadın olub. Sərhəd rejim qaydalarını pozduğu üçün 12,3 min halda 14,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində 1089 halda qaçaqmalçılıq predmeti olan əşyalar, pul, qiymətli kağızlar və zinət əşyaları, mal-qara, narkotik vasitələr, dövriyyəsi qadağan edilmiş digər predmetlərin təqribi məbləği 97,8 mln. manat dəyərində qiymətləndirilib.