Naxçıvanda ölümlə nəticələn yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N. Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə. Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
Nəticədə R. Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T. Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə. Məmmədovun sərnişini olan arvadı A. Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç. Hüseynova, T. Hüseynova və azyaşlı orada ölüb.