Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri bu gün Lerikə ezam olunub.
Bu barədə APA-ya açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
İ. İbrahimova deyib ki, Lerik rayonunun Çayrud kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar nazirliyinin mütəxəssisləri bu rayona ezam ediliblər.
Qeyd edək ki, bu gün Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi olub, Arif Əlirzayevə məxsus ev dağılıb. Nəticədə A. Əlirzayev ölüb, ailənin iki üzvü yaralanıb.