Boşanmaq üçün ailə məhkəməsinə müraciət edən ailə barəsində gözlənilməz qərar verilib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, məhkəməyə üz tutan qadın əri tərəfindən təhqir olunduğunu və şiddətə məruz qaldığını, kişi isə yoldaşının ona daim yalan söylədiyini deyib. Bu səbəbdən hər iki tərəfin günahkar olduğunu görən məhkəmə qadının təzminat tələbini qəbul edib.
Ər bundan sonra ikinci instansiya məhkəməsinə müraciət edib. Bu dəfə hakim yalan söyləməyin boşanmaya səbəb olması barədə hökm verib. Çünki boşanma üçün bir neçə səbəblər səsləndirilsə də, məhkəmə daha çox qadının ərinə davamlı yalan söyləyərək onun etibarını əlindən almasına diqqət çəkib.
Türkiyəli hüquqşünasların sözlərinə görə, ailədə etibarla bağlı problem yaranarsa, bir müddət sonra tərəflər bir-birinə qarşı şübhəli qalarlar: “Çətinliklə qurulan, amma asan yıxılan etibarı bərpa etmək də çətindir. Türkiyə mədəniyyət qanunlarının 185-ci maddəsinə əsasən, ailədə ər və arvad birlikdə yaşamağa, bir-birinə sadiq qalmağa və kömək etməyə məcburdurlar”.