Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyən olunaraq saxlanılıb.
Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Abşeron rayon sakini 51 yaşlı M.Kamalov metropolitendən polis şöbəsinə gətirilib:
"Həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub".